AZ

“Azexport”un dəstəyi ilə Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq

“Azexport”un

Bakı, 16 sentyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı tərəfindən Azərbaycanda un məmulatları istehsal edən şirkətə sərbəst satış sertifikatı verilib. Bu sertifikatla Efiopiyaya makaron və digər məhsullar ixrac ediləcək.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq, “azexport.az” portalı tərəfindən təqdim edilir. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir. Sertifikatın verilməsi Amerika qitəsi, Asiya, Okeaniya, Avropa və Körfəzin 100-dən artıq ölkələrinə məhsulların ixracını asanlaşdırıb.

Seçilən
26
12
azertag.az

10Mənbələr