AZ

Lionel Messi “İnter Mayami”də tarixi rekordun astanasındadır

“İnter Mayami”nin argentinalı ulduz hücumçusu və kapitanı Lionel Messi “vağlar”ın heyətində tarixi rekordun astanasındadır.

Arena.az məlumat verir ki, hazırda “vağlar”ın heyətində hesabında 27 qol olan “Leo”ya cəmi ikicə qol vurmaq kifayətdir ki, “İnter Mayami”nin tarixən ən sərrast futbolçusunun 29 qolluq nəticəsini təkrarlasın.

Hazırda bu rekord Messinin Argentina yığmasında komanda yoldaşı olmuş keçmiş futbolçu, hücumçu Qonsalo İquainə məxsusdur. İquain “vağlar”ın heəytində 70 oyun keçirib, 29 qol vurub və 11 məhsudlar ötürmə verib. Göründüyü kimi, “Leo” ücçə qol vuracağı halda isə “İnter Mayami”nin tarixən ən sərrast futbolçusuna çevriləcək.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Buna qədər Messi yalnız “Barselona” və PSJ-də çıxış edib.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 16 oyuna çıxıb, 16 qol vurub və 12 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 30 oyun, 27 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 187 oyun keçirib, 109 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
5
arena.az

10Mənbələr