ABŞ-ın B-52J səviyyəsinə yüksəltməyi planlaşdırdığı B-52 Stratofortress strateji bombardmançı təyyarələri pilotsuz təyyarələrin daşıyıcısına çevirmək olar.
Oxu24.com xəbər verir ki, bombardmançının imkanları The National Interest (TNI) nəşrində təsvir edilib.
Modernləşdirmə zamanı bombardmançılar yeni Rolls-Royce F130 mühərrikləri alacaqlar ki, bu da təyyarənin səmərəliliyini artıracaq və onu daha az səs-küylü edəcək. Stratofortress həmçinin F/A-18EF Super Hornet-də quraşdırılmış APG-79 radarının dəyişdirilmiş versiyası ilə təchiz ediləcək. ABŞ Hərbi Hava Qüvvələri B-52H bazasında qurulacaq 76 B-52J-dən ibarət donanma almağı planlaşdırır.
Müəllif modernləşdirilmiş təyyarənin “uçan təyyarə gəmisi” kimi istifadə oluna biləcəyini etiraf edib. Nəşr yazır: “Onlar uzun mənzilli strateji bombardmançılardan pilotsuz uçuş aparatları üçün ana gəmilərə çevrilə bilərdilər”.
Nigar