AZ

Kanada və Azərbaycanı eyniləşdirən nələrdir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV-də yayımlanan "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, paytaxt Bakımızda start götürən elit yarışlardan olan "Formula-1"ə Azərbaycan ev sahibliyi etməklə iqtisadi gücünü, inkişafını, qonaqpərvərliyini, multikultural dəyərlərini və sabitlik adası kimi əmin-amanlığın hökm sürdüyü məkan olduğunu bir daha dünyaya nümayiş etdirib.
Başda Avropanın qlobal media şəbəkələri olmaqla, bütün önəmli media resursları həm bu hadisəni, həm də ölkəmizin beynəlxalq arenada önəmli mövqeyini diqqətlə izləyiblər.
Türkiyənin "Anadolu Ajansı" oxucularına "Bakının küçələri səkkizinci dəfə "Formula-1" trekinə çevrilib" başlıqlı xəbər təqdim edib.
Bildirilib ki, Azərbaycan artıq səkkizinci dəfə "Expect the Unexpected" (yəni "Gözlənilməzə hazır olun") şüarı ilə tarixi Bakı küçələrini "Formula-1" trekinə çevirib. "Formula-1" üzrə Azərbaycan Qran-prisi hər il öz unikallığı və yarışın maraqlı nəticələri ilə yaddaşlarda iz qoymağı bacarır. Bu il də dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının izdihamlı küçələrində təşkil olunan yarış maraqlı anlarla yaddaşlarda qalıb. Yalnız Bakıya səfər edənlər deyil, həm də milyonlarla insan televizorları qarşısında "Formula-1" bolidlərinin qızğın mübarizəsini şəhərin mənzərəli küçələrində, UNESCO tərəfindən qorunan tarixi İçərişəhərin ətrafında, möhtəşəm Xəzər dənizinin sahillərində və Bakının müasir siluetində izləmək imkanı əldə ediblər.
Kanadanın "Open Canada" nəşrində enerji təhlükəsizliyi və geoiqtisadiyyat üzrə mütəxəssis, Kanada Enerji Araşdırmaları İnstitutunun, eləcə də Kanada Qlobal Münasibətlər İnstitutunun elmi əməkdaşı Robert Katlerin "Azərbaycan: "Orta Güc" Kateqoriyası və Çoxşaxəli Diplomatiya" sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə bildirilir ki, Azərbaycan və Kanada coğrafi və mədəni baxımdan fərqli olsalar da, əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yarada biləcək bir çox ümumi cəhətləri bölüşürlər. Kanada kimi, Azərbaycanda da dini tolerantlıq və multikulturalizm baxımından seçilən mədəniyyət var. Azərbaycan dünyada sünni və şiə müsəlmanların birlikdə ibadət etdikləri yeganə ölkədir. Həmçinin, Azərbaycan və Kanada arasında ən bariz obyektiv ümumilik ondan ibarətdir ki, hər ikisi neft, təbii qaz və digər təbii sərvətlərlə zəngindir və onların əsas istehsalçılarıdır.
Ətraflı süjetdə:
Seçilən
196
50
oxu.az

10Mənbələr