AZ

“Yarpağ”ın yubileyinə icazə verilmədi

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində fəaliyyət göstərən “Yarpaq” mədəni təşkilatının 10 illik yubleyinin keçirilməsinə icazə verilməyib.

Kult.az xəbər verir ki, bu barədə cəmiyyətin sosial media hesabında bildirilib.

“Hökumət orqanları heç bir əsas göstərmədən Xoy şəhərinin “Şəms” kinoteatrında keçirilməsi planlaşdırılan mədəni tədbiri qadağan edib”, - məlumatda deyilib.

Qeyd edək ki, “Yarpaq” qeyri-hökumət təşkilatı 10 il əvvəl yaranıb və əsasən mədəniyyət və ekologiya sahəsində fəaliyyət göstərir.

Seçilən
30
1
axar.az

10Mənbələr