Estoniyanın “Frankenburg Technologies” müdafiə şirkəti Ukraynada dron əleyhinə raket buraxılış qurğularının istehsalına başlayacağını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Bu yaxınlarda yaradılmış Estoniya müdafiə şirkəti Ukraynada pilotsuz uçuş aparatlarına qarşı raket sistemlərinin istehsalına başlayacağını elan edib”, - deyə məlumatda bildirilir.
Aydın olub ki, “Frankenburg Technologies” şirkəti bu ilin yanvarında yaradılıb, ona Baltikyanı dövlətin hərbi sənaye kompleksinin aparıcı nümayəndələri rəhbərlik ediblər.
Xatırladaq ki, Estoniya hökuməti Ukraynanın müdafiə ehtiyacları üçün illik ÜDM-in 0,25%-i həcmində vəsait ayırmağı planlaşdırıb.