AZ

BMW sahibləri şirkəti məhkəməyə verdilər

ABŞ-də yeni BMW X1 krossoverlərinin sahibləri istehsalçını məhkəməyə veriblər. Buna avtomobillərin robot ötürücüsünün çox ləng olması səbəb olub.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Carscoops" məlumat yayıb.

Nəşrin yazdığına görə, Bavariya brendinin ötən il təqdim etdiyi son nəsil modelin alıcıları "robot" ötürücülərinin ləngiməsindən şikayətlənirlər, bu da qəzaların baş vermə ehtimalını artırır.

İddiaçıların fikrincə, krossoverlər qaz pedalının basılmasına yeddi saniyəyə qədər gecikmə ilə cavab verirlər.

Avtomobil sahibləri bildiriblər ki, sürət qutusunun ləng reaksiyası avtomobilləri kəsişmələrdə keçərkən və trayektoriyanı vaxtında dəyişmək lazım gəldikdə həyat üçün təhlükə yaradır.

Mütəxəssislərin fikrincə, aqreqatın yavaş işləməsi mufta sistemindəki nasazlıqlar, nasaz mexaniki komponentlər və ya proqram təminatının nasazlığı ilə bağlı ola bilər. Bavariya krossoverlərinin alıcıları avtomobil almağa sərf etdikləri pulun geri qaytarılmasını tələb edirlər.

Seçilən
123
5
hakimiyyet.az

10Mənbələr