Bu gün Azərbaycan çempionu “Sabah” FİBA Çempionlar Liqasının təsnifat mərhələsində ilk oyununa start verəcək.
Msport.az xəbər verir ki, çempionumuzun rəqibi İsveçin “Norçepinq Dolfins” klubu olacaq.
Qarşılaşma Türkiyənin Antalya şəhərində keçiriləcək.
FİBA Çempionlar Liqası
17 sentyabr
17:30. “Sabah” – “Norçepinq Dolfins”
Antalyan “Gloria Sports Arena”
Qeyd edək ki, “Sabah” – “Norçepinq Dolfins” cütünün qalibi sentyabrın 19-da keçiriləcək yarımfinalda İsveçrənin “Friburq” klubu ilə üz-üzə gələcək.