AZ

Trampa sui-qəsddə şübhəli bilinən şəxs Putin və Kim Çen Inı HƏDƏLƏDİ

ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsddə şübhəli bilinən şəxs Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inı öldürməklə hədələyib.

 

Sfera.az bildirir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

 

Qeyd olunub ki, amerikalı Çelsi Uolş 2022-ci ildə Kiyevdə Trampa sui-qəsd cəhdində təqsirli bilinən Ryan Uesli Rout ilə görüşüb.  

 

“Ryan Rout Trampı tənqid edib və Vladimir Putini öldürməklə hədələyib. Bu isə Ukraynaya yardım səylərində iştirak edənləri həyəcanlandırıb. O həmçinin Şimali Koreya liderini öldürmək istədiyini də bildirib”, - nəşr vurğulayıb.

 

Ukraynadan ABŞ-yə qayıtdıqdan sonra Çelsi Uolş Gömrük və Sərhəd Mühafizəsi ilə əlaqə saxlayıb, Rout, o cümlədən təhlükəli hesab etdiyi digər insanlar haqqında məlumat verib. O, Ryan Routu "yırtıcı" və "anti-sosial" davranışa sahib biri kimi təsvir edib. 

 

Bildirilib ki, Rout Trampın Ukrayna münaqişəsini həll etmək üçün Putinlə “sövdələşmə” niyyətini tənqid edib:

 

“O hesab edirdi ki, Vaşinqton Kiyevə hərbi yardımı davam etdirməlidir”.

 

Günay 
 

Seçilən
106
50
sfera.az

10Mənbələr