AZ

AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var

Azərbaycan məhsullarının İraqa ixracı üçün böyük potensial var.

“İki sahil” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda bildirib.

"Mən xüsusilə tütün məhsullarının ixracını qeyd etmək istərdim. İraqın rəsmi statistikasına görə, bu ölkənin tütün məhsulları idxalının illik dəyəri 300 milyon ABŞ dollarına qədərdir. Düşünürük ki, bu istiqamətdə müəyyən addımlar atıla bilər. Artıq bizim bəzi şirkətlərimizin ümumilikdə 1 milyon ABŞ dollarına yaxın ixracı var. Potensial isə çox böyükdür", - deyə o qeyd edib.

"Bundan başqa, tikinti məhsulları, aliminium və qənnadı məmulatları ixracı çox önəmli istiqamət ola bilər", - deyə Y.Abdullayev əlavə edib.

Seçilən
41
3
ikisahil.az

3Mənbələr