Portuqaliyada meşə yanğınları 7 nəfərin həyatına son qoyub.
Bu barədə xarici KİV məlumat yayıb.
Bundan başqa, xəsarət alanların sayı 40 nəfərə çatıb. Onlardan 33-ü yanğınsöndürənlərdir.
Ölkənin müxtəlif ərazilərində qeydə alınmış 27 yanğın hadisəsi ilə mübarizəyə 5 minə yaxın adam cəlb olunub.