Prezident İlham Əliyev Rüstəm Gülabba oğlu Xəlilovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Dövlət başçısının digər sərəncamı ilə, R.Xəlilov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.