Təxminən 125 milyon əhalisi olan Yaponiya uzun ömürlülüyü ilə tanınır.
News24.az xəbər verir ki, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi ölkədə artan yaşlı əhalinin sayı ilə bağlı statistik məlumatları açıqlayıb.
Sentyabr ayı etibarilə ölkədə 100 yaşdan yuxarı əhali 95 min 119 olaraq qeyd edilib.
Yaşı 100-dən yuxarı olanların 83 min 958 nəfərinin qadın, 11 min 161 nəfərinin isə kişi olduğu vurğulanıb.
Nazirlik sözçüsü mövzu ilə bağlı açıqlamasında, "Biz yaşlıların öz icmalarında rahat yaşamağa davam etmələri üçün tibbi və tibb bacısı baxımı da daxil olmaqla sosial rifah xidmətlərini artırmağa çalışacağıq" deyib.
Qeyd edək ki, Yaponiyada ilk dəfə 1963-cü ildə “bir əsrdən çox ömür sürənlər”lə bağlı əhali məlumatları qeydə alınmağa başlanıb.
Məryəm İlhamqızı