AZ

Cəlilabadda narkokuryer saxlanılıb – FOTO

Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 33 yaşlı Cahid Vəkilov Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Doğru.az-a verilən məlumata görə, ondan ümumilikdə 16 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla C.Vəkilovun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi və maddi qazanc qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvana çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

DOĞRU.AZ

image-17266369561127924042_1200x630

Seçilən
143
24
dogru.az

10Mənbələr