AZ

SON DƏQİQƏ! Məşhur Xalq şairinin qudası həbs edilib

Əvvəllər dələduzluq,talama  və  mənimsəmə  əməllərinə  görə  həbs  edilərək 12  ildən  artıq  həbs  həyatı  yaşamış,sosial  şəbəkələrdə  tanınmış  iş  adamı kimi təqdim  edilən  əslən Goranboy  rayonundan  olan  Müqayis  Verdiyev yenidən həbs olunması barədə  məlumat  vermişdik.
CityPost.az iş adamının  həbsi  ilə  bağlı   yeni  məlumatlar  əldə  edib.
Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində onun uzun müddət gizləndiyi yer müəyyən edilmiş və həbs olunmuşdur. Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tələblərinə uyğun olaraq ittiham irəli sürülüb.  O, məhkəmənin qərarı ilə  1 ay 24 gün müddətinə istintaq hərəkətlərinin başa çatdırılması üçün barəsində həbs qəti imkan tədbiri seçilərək 1 saylı Bakı İstintaq Təcridcxanasına göndərilib.
Əvvəllər də eyni əməllərə görə həbs edilən Mübariz  Verdiyevin barəsində mətbuatda qazi nvə şəhid ailələrinə maddi ziyan vurmasına dair çoxsaylı neqativ məlumatlar yer alıb.
Citypost.az araşdırma apararkən onu da öyrənib ki,Mübariz Verdiyev Xalq şairi Ramiz Rövşənin oğlu Rövşənin qayınatasıdır. Rövşən ailəsi ilə birlikdə Türkiyədə yaşayır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2094
4
oxu24.com

5Mənbələr