AZ

Ermənistanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistanda hakimiyyəti ələ keçirməyi planlaşdıran cinayətkar qrupu ifşa edib.
Oxu.Az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, İstintaq Komitəsi aktiv əməliyyat fəaliyyəti nəticəsində təxminən 30 axtarış aparıb və dindirmələr nəticəsində yeddi vətəndaşın digər şəxslərlə birlikdə (şəxsiyyətləri hələ müəyyən edilməyib) hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdıqlarına dair sübutlar toplayıb.
Xüsusilə, bu qrup Ermənistan vətəndaşlarının bir qismini Rusiyanın Rostov şəhərindəki "Arbat" bazasında üçaylıq ödənişli təlimlərdə iştirak etmək üçün cəlb edib. Məqsəd onlara silahdan istifadə öyrətmək və sonradan döyüş növbətçiliyi keçirmək olub. Lakin sonradan məlum olub ki, qrup təşkilatçılarının məqsədi hərbi hazırlıq deyil, Ermənistanda hakimiyyəti ələ keçirmək imiş.
Cəlb edilmiş şəxslərin bir hissəsi çevrilişdə iştirakdan imtina edərək Ermənistana qayıdıb.
Yeddi nəfər barəsində cinayət təqibi başlanılıb, onlardan üçü həbs edilib, dördü barəsində isə axtarış elan edilib. İstintaq davam edir, qrupun digər üzvlərinin müəyyən edilməsi üçün addımlar atılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
50
oxu.az

10Mənbələr