AZ

UEFA "Real"ı cəzalandıra bilər

UEFA İspaniyanın "Real" klubunu maliyyə pozuntularına görə cəzalandıra bilər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi dövlət vəsaitlərinin sui-istifadəsində ittiham olunur.

Bu barədə İspaniya Ali Məhkəməsinin fəxri hakimi Xose Antonio Palin bildirib.

"Real" dövlət pulu şəklində "dopinq" alır. Bu, parkinq, qeyri-futbol və idmanla əlaqəli fəaliyyətlərlə bağlıdır. Onların hətta UEFA ilə də problemləri ola bilər, - deyə Xose Antonio Palin vurğulayıb.

O, "Santyaqo Bernabeu" stadionundakı səs-küyü "ətraf mühitə qarşı cinayət" adlandırıb. Palin deyib ki, stadionun səs izolyasiyasını təmin etmək texniki cəhətdən mümkün deyil.

Seçilən
18
11
modern.az

10Mənbələr