Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdəyaşayan azərbaycanlı alimlər Murad Ömərov və Səbinə İsgəndərovayatəltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” AzərbaycanRespublikasının medalını təqdim edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitəsədri soydaşlarımızın diasporumuzun inkişafına və ölkəmizin xaricdətanıdılmasına verdikləri töhfələri yüksək qiymətləndirib, onlaragələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor MuradÖmərov Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin sədri, Xarkov MilliRadioelektronika Universitetinin Prorektorudur.
Səbinə İsgəndərova Kanadanın Alberta vilayətində fəaliyyətgöstərən Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin (ALACS)təsisçisidir.
Hər iki diaspor fəalı fəaliyyətlərinin yüksəkqiymətləndirilməsinə görə Prezident İlham Əliyevə və Azərbaycandövlətinə təşəkkür edib, bundan sonra Azərbaycan elimin inkişafıüçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.