"Mülki obyektlərin hədəfə çevrilməsinə qadağa dünya birliyində ölkələr üçün qaydaya çevrilməlidir".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş deyib.
Baş katib Assambleyanın 79-cu sessiyasının yüksəksəviyyəli həftəsi ərəfəsində keçirdiyi mətbuat konfransında Livanda mobil qurğuların partladılmasını şərh edərkən, mülki obyektlər üzərində nəzarətin saxlanmasının tərəfdarı olduğunu deyib:
"İnanıram ki, mülki obyektlərə nəzarət, onları silaha çevirməmək, dövlətlərin həyata keçirməli olduğu bir qayda olmalıdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun