AZ

DİM bu şəxslərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş test imtahanlarında uğur qazanmış şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 108 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.DİM-dən Elchi.az-a bildirilib ki, sertifikat qazananlar aşağıdakı kateqoriyadan olan şəxslərdir:– Avqustun 25-də avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilən test imtahanında iştirak edənlər;– Avqustun 11-də dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında iştirak edənlər;– İyulun 28-də və avqustun 4-də dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında iştirak edənlər.Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək istəyənlər əvvəlcədən info@dim.gov.az elektron poçt ünvanına müraciət etməlidirlər (ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
18
elchi.az

10Mənbələr