Bakı. TurkciWorld
ABŞ Dövlət katibi Antoni Blinken Livanda peycerlərin kütləvi partlamasına münasibət bildirib.
TurkciWorld xarici KİV-lərə istinadən xəbər verir ki, Blinken mətbuat konfransında hadisənin hansı səbəbdən baş verdiyinin tam aydınlaşdırılmalı olduğunu və ABŞ-nin bunu araşdırmağa davam etdiyini deyib.
“Hadisənin nələrə gətirib çıxaracağını və “Hizbullah” hərəkatının fəaliyyətinə necə təsir edəcəyini bilmirəm”, – o əlavə edib.
Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb.