AZ

Azərbaycan və Özbəkistan konsulluq məsləhətləşməsi

Sentyabrın 18-də Özbəkistan Respublikasının Daşkənd şəhərində Azər­baycan Respublikasının və Özbəkistan Respublikasının Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib. 

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsindən bildiriblər ki, məsləhət­ləşmələrdə Azərbaycan nümayəndə heyə­tinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Özbəkistan nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Konsulluq-hüquq idarə­sinin rəisi Bobur Azizov rəhbərlik ediblər.

Görüşə, həmçinin Azərbaycan tərəfin­dən Dövlət Miqrasiya Xidmətinin, Özbə­kistan tərəfindən isə Daxili İşlər Nazirliyi­nin, Məşğulluq və Əmək Məsələləri üzrə Nazirliyinin, Xarici Əmək Miqrasiyası Agentliyinin rəsmiləri qatılıblar.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycanın müttəfiqi olan Özbəkistan­la konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cüm­lədən, sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları barədə fikir müba­diləsi aparılıb.

Eyni zamanda, danışıqlar zamanı iki ölkə vətəndaşlarının hüquq və azadlıq­larının qorunması, miqrasiya və ədliyyə sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
17
xalqqazeti.az

10Mənbələr