Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Avtosfer.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, məhdudiyyətlə əlaqədar 32 nömrəli müntəzəm avtobus marşrutunun hərəkəti Nəcəfqulu Rəfiyev küçəsi, Babək prospekti, Sədi Musayev, Rəşid Bağırov və Oqtay Vəliyev küçələri ilə təşkil ediləcək.