Müəllif: Ayşən İmanova/Banco.az
"Xiaomi" bu ilin avqustunda "Apple"ı geridə qoyaraq dünyada ikinci ən böyük smartfon brendi olub.
Banco.az xəbər verir ki, bu barədə "Counterpoint Research" tədqiqat təşkilatının yeni hesabatında bildirilib.
"Xiaomi"nin smartfon satışları 2024-cü ilin avqustunda sabit qalıb, "Apple" isə eyni dövrdə mövsümi azalma göstərib. 2022-ci ildən 2023-cü ilin birinci yarısına qədər "Xiaomi" mobil telefonları tədarük zəncirində çətinliklərlə üzləşib (eyni problemlə digər istehsalçılar da qarşılaşıb), lakin şirkət məhsul, satış və paylama kanalları strategiyasına düzəlişlər edib ki, bu da qeyd edilən nəticəyə gətirib çıxarıb.