AZ

QHT Agentliyinin dəstəklədiyi layihə Biləcəri bələdiyyəsində icra olunub

“ Təşkilatımız sonuncu tədbirini Binəqədi rayonun ərazisində fəaliyyət göstərən, yüz mindən artıq əhalisi və 800 ha. ərazisi olan Biləcəri bələdiyyəsində keçirdik. Beləki, rəhbərlik etdiyim Qeyri-Hökümət Təşkilat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi verdiyi "Bələdiyyə büdcələrinin formalaşdırlması problemləri” layihəsinin tədbirini keçirdi.”

Bu açıqlamanı mətbuata Ədalət, Hüquq, Demokratiya, (ƏHD) Partiyasının sədr müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərimə görə Binəqədi rayonda keçirilən növbəti tədbir də çox yüksək səviyyədə təşkil olunmuşdu:” Binəqədi rayonu Bakı şəhərinin ən inkişaf etmiş rayonlarından biridir. Tədbir Biləcəri bələdiyyəsinin inzibati binasında təşkil olunmiuşdu. Təxminən 50 nəfərlik heyətlə, bələdiyyə sədri Etibar Cabbarov, sədr müavini Samirə Həsənova, bələdiyyə üzvləri, bələdiyyənin rəhbərliyində təmsil olunan şəxslər, bələdiyyənin mühasibi, bələdiyyə quluqçuları, bələdiyyənin vergi yığanları və qəsəbənin ən altiv fəalları iştirak edirdi.

İlk olaraq təşkilatımız adından Binəqədi rayonun rəhbərliyinə və əməyi olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm ki, layiənin icra olunmasında dəstəyini əsirgəmədilər. Dövlət Agentliyinin maliyyə dəstəyi verdiyi və olduqca önəmli bir layihənin icrasına öz mənəvi dəstəklərini əsirgəmədilər.
Tam obyektiv olaraq bildirəm istəyirəm ki, Binəqədi rayonunda çox yüksək səviyyəli işlər, xüsusən quruculuq və abadlıq işləri həyata keçirir. O cümlədən də bu işlər Biləcəri bələdiyyəsində də aparılır.

Biləci qəsəbəsində də bütün sahələrdə müsbət dəyişiklikləri gördük. Biləcəri bələdiyyəsi əsssən vergidən yığılan vəsaitlə işlərini həyata keçirdir. Bu günki görüşdə də layihənin fəlsəfəsinə uyğun olaraq bələdiyyənin büdcəsinin formalaşmasında olan problemlər, vətəndaşların vergi yığımında iştirakı, vergi işçilərinin bu sahədəki fəaliyyəti, qəsəbənin ümüimi vəziyyəti və problemləri geniş müzakirə olundu. Bələdiyyənin sədri Etibar müəllim bələdiyyə büdcəsinin formalaşmasının çox vacib olduğunu və qəsəbədə ylğılan vergi hesabına görülən işlərdən danışdı. Onun sözlərinə görə qəsəbənin küçələrində olan on kmlərlə hasarlar suvanır, 150-ə yaxın zibil tulantıları üçün yerlər bələdiyyə tərəfində tikilib.

Seçilən
86
10
aznews.az

10Mənbələr