AZ

Arzu Əliyeva Vətən müharibəsindən bəhs edən bədii filmin çəkiliş meydançasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ötən il keçirilən film layihələri müsabiqəsində qalib gələn “Borc” tammetrajlı bədii filminin istehsalına başlanılıb.

XALQ.AZ-a Bakı Media Mərkəzindən bildirilib.

Bakı Media Mərkəzi Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə 44 günlük Vətən Müharibəsinə həsr olunmuş “Borc” bədii filminin əsas mövzusu 2-ci Qarabağ müharibəsində iştirak edən gənclərimizin döyüş əməliyyatlarında nümayiş etdirdiyi igidlik, qorxmazlıq, mərdlik, hərbi bacarıqlar, vətənpərvərlik ruhudur.

Filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva çəkiliş meydançasında olub, çəkilişlərin gedişi ilə maraqlanıb, filmin yaradıcı heyəti ilə görüşüb.

Seçilən
48
25
xalq.az

10Mənbələr