AZ

Livanda partlayan peycerlərdə əli ola biləcək iş adamı yoxa çıxıb


Livanda partlayan peycerlərdə əli ola biləcək iş adamı yoxa çıxıb

Livana peycerlərin tədarükü ilə məşğul olduğu iddia edilən Bolqarıstanın Norta Global şirkətinin sahibi olan norveçli iş adamı Rinson Yosi onların kütləvi partladıldığı gün yoxa çıxıb.

 

Bu barədə İngiltərənin “Daily Mail” qəzeti məlumat yayıb.

 

Nəşrin yaydığı məlumata görə sentyabrın 17-də Yosi Oslo ətrafındakı mənzilindən çıxaraq planlaşdırılmış işgüzar səfərə yollanıb.

 

O vaxtdan bəri onun əsas işəgötürəni olan Norveç media şirkəti NHST-nin rəhbərliyi onunla əlaqə saxlaya bilmir.

 

Sentyabrın 18-i axşam NHST nümayəndələri Norveç Polisinin Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayıblar.

 

Oslo dairə polisi sentyabrın 19-da məlumatla bağlı ilkin araşdırmaya başladığını açıqlayıb./APA

Tarix: 20 Sentyabr 2024, 08:06   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
9
pravda.az

10Mənbələr