AZ

TAP hidrogenin nəqli üçün yeni sınaq mərhələlərinə hazırlaşır

Bakı. Trend:

Hazırda Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu hidrogendaşınmasına hazırlıq üçün boru kəmərinin materiallarını sınaqdankeçirir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TAP AG konsorsiumundanbildirilib.

2021-ci ildə hidrogen tədarükünə hazırlıq üzrə ilkin tədqiqatlarTAP-ın gələcəkdə hidrogen qarışıqların nəqlinə imkan verəcəyinitəsdiqləyib.

"Lazımi sınaq obyektlərinin inkişafına sərmayə qoyaraq, hazırdaboru kəməri materiallarını sınaqdan keçiririk. Plan üzrəirəliləyirik və 2024-cü ilin 3-cü rübündə boru kəmərinin dənizhissəsi üçün ilk nəticələri gözləyirik. Nəticələr təhlil ediləcəkvə 2024-cü ilin 4-cü rübündə sınaqları davam etdirməyiplanlaşdırırıq", - konsorsiumdan bildirilib.

Qeyd edək ki, Trans-Adriatik Boru Kəməri (TAP) Cənub QazDəhlizinin Avropa hissəsi olaraq, hər il İtaliyaya 8 milyardkubmetr, Yunanıstana və Bolqarıstana isə 1 milyard kubmetr qaztədarük edir. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizivasitəsilə Azərbaycanın qazının Avropaya tədarükü başlanıb. TAP iləAzərbaycanın təbii qazı tarixdə ilk dəfə boru kəmərləri ilə Avropabazarına ixrac olunub. Avropa bazarına birbaşa çıxış əldə edənAzərbaycan təbii qaz ixracını diversifikasiya edib.

Məqalədə:
Seçilən
7
1
az.trend.az

3Mənbələr