AZ

Naxçıvan şəhərində mikroavtobus yanıb

Naxçıvan

Naxçıvan, 20 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında Naxçıvan şəhəri Xətai məhəlləsində "Hyudai County” markalı mikroavtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində avtomobilin mühərrik hissəsi yanıb, digər hissələri yanğından mühafizə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
13
azertag.az

10Mənbələr