AZ

Rusiya aylardır USQ-nin Kurskda keçirəcəyi əməliyyata hazırlaşırmış - "Guardian"

Rusiya hərbi komandanlığı Ukraynanın Rusiya Federasiyasının Kursk vilayətində əməliyyata başlaya biləcəyini güman edirdi və bir neçə ay ərzində bunun qarşısını almaq üçün planlar hazırlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” Ukrayna ordusunun bölgə tərk edilmiş Rusiya mövqelərində ələ keçirilmiş sənədlərə istinadən yazır

Nəşr yazır ki, onun jurnalistləri avqustun sonunda Rusiya sənədlərini ələ keçirən Ukrayna xüsusi təyinatlıları ilə görüşüblər. Kursk vilayətindəki binalardan ələ keçirilənlər arasında Rusiyanın Daxili İşlər Nazirliyi, FSB və ordunun sənədləri də var. Jurnalistlərin onlara baxmaq və fotoşəkil çəkdirmək imkanı olub.

Nəşr qeyd edir ki, o, sənədlərin həqiqiliyini müstəqil şəkildə yoxlaya bilməyib, eyni zamanda "sənədlərdə Rusiya ordusu ilə həqiqi əlaqə əlamətlərinin olduğunu” vurğulayır.

Bu sənədlərdə Ukraynanın mümkün hücumu ilə bağlı aylarla davam edən xəbərdarlıqlar və həmçinin Rusiya hərbçilərinin əhval-ruhiyyəsi ilə bağlı narahatlıqlar var.

Sənədlərin bəziləri müxtəlif bölmələrə göndərilən çap edilmiş əmrlər, digərləri isə konkret mövqelərdə baş verən hadisələri və problemləri qeyd edən əlyazma jurnallardır. Ən erkən qeydlər 2023-cü ilin sonuna, ən son sənədlər isə Ukraynanın avqustun 6-da Kursk bölgəsinə hücumuna başlamazdan cəmi altı həftə əvvələ aiddir.
Sənədlər əsasən Rusiya Silahlı Qüvvələrinin 488-ci Qvardiya motoatıcı alayının bölmələrindən, xüsusən də onun 17-ci taborunun 2-ci bölüyünə aiddir.

"Ukraynanın Kursk vilayətinə doğru irəliləməsi Kiyevin Qərb tərəfdaşlarını və Ukrayna elitasının bir çoxunu təəccübləndirdi, çünki əməliyyatın planlaşdırılmasında çox az adam iştirak edirdi. Lakin Rusiya hərbi sənədlərində əraziyə mümkün müdaxilə və bir aydan artıqdır ki, Ukraynanın nəzarətində olan 5000 nəfər əhalisi olan Sudja şəhərini tutmaq cəhdi ilə bağlı aylarla davam edən xəbərdarlıqlar var”, "The Guardian” yazır.

Xüsusilə, Ukrayna silahlı qüvvələrinin "dövlət sərhədində sıçrayış ehtimalı” 4 yanvar tarixli məlumatda qeyd olunub. Eyni zamanda, Rusiya qoşunlarına istənilən hücumu dəf etmək üçün təlimləri gücləndirmək əmri verilib.

Fevralın 19-da Rusiya bölmələrinin komandirlərinə "Ukrayna ordusunun əsas bölmələrinin zirehli texnikaya gəlməsində qədər dörd günlük "dəhliz" yaratmaq məqsədi ilə Sumı bölgəsindən Rusiya ərazisinə 80 km dərinliyə sıçrayış" planları barədə xəbərdarlıq edilib. 
Martın ortalarında Rusiya sərhəd qoşunlarına Ukraynadan transsərhəd hücuma hazırlaşmaq üçün müdafiə xətlərini gücləndirmək və "əlavə təlimlər təşkil etmək” əmri verilib.

İyunun ortalarında Ukraynanın "Sudjaya nəzarəti ələ keçirmək məqsədi ilə Yunakovka - Sudja istiqamətində" planları ilə bağlı daha konkret xəbərdarlıq edilib, bu da əslində avqustda baş verib. Bundan sonra Ukraynanın bölgədəki Rusiya təchizat xətlərini kəsmək üçün Seym çayı üzərindəki körpünü dağıtmağa çalışacağı da nəzərdə tutulurdu ki, bu da sonradan baş verdi. İyun sənədində gileylənirdilər ki, cəbhədə yerləşdirilmiş Rusiya bölmələri "orta hesabla cəmi 60-70% heyətlə təmin olunub və əsasən zəif təlim keçmiş ehtiyatda olan əsgərlərdən ibarətdir”.

Bu sənədlər həm də cəbhədə olan rusiyalıların əhval-ruhiyyəsində ciddi problemlərdən xəbər verir. Xüsusilə rusiyalı əsgərlərin intiharları xatırlanır. 
Bundan əlavə, sənədlərdən belə görünür ki, Rusiya bölmələrinin komandirləri əsgərlərin "psixoloji vəziyyətlərini” yaxşılaşdırması məqsədilə hər gün Rusiya dövlət mediasına baxmalarını təmin etmək göstərişləri alıblar.

Nizami Bağırov
Seçilən
99
15
qaynarinfo.az

10Mənbələr