AZ

Putinin həbsi yenidən gündəmdə - ATƏT-dən çağırış

Avropa İttifaqı Roma Statutunu ratifikasiya etmiş dövlətləri öhdəliklərini yerinə yetirməyə çağırıb. Söhbət Rusiya prezidenti Vladimir Putinin həbsindən gedir. Çünki Beynəlxalq Cinayət Məhkəməsi onun barəsində order verib.

Bakupost.az “Ukrinform”a istinadən xəbər verir ki, müvafiq bəyanat Vyanada ATƏT-in Daimi Şurasının iclası zamanı verilib. Aİ Rusiyanın qeyri-qanuni olaraq köçürdüyü ukraynalı uşaqlar və digər mülki şəxslərin taleyindən dərin narahat olduğunu bildirib.

“Avropa İttifaqı bir daha Rusiya və Belarusu həmin şəxslərin Ukraynaya təhlükəsiz qayıtmalarını təmin etməyə çağırır”, - bəyanatda deyilir.

Bundan əlavə, Aİ Rusiya Federasiyası tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum edilmiş bütün şəxslərin, o cümlədən ATƏT-in özbaşına həbs edilmiş üç əməkdaşının dərhal azad edilməsini tələb edir.

“Ukraynalı uşaqların qanunsuz deportasiyası və köçürülməsi kimi hərbi cinayətə görə Vladimir Putinə qarşı order də daxil olamqla Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi altı həbs orderini xatırladırıq. Roma Statutunun iştirakçısı olan bütün dövlətlər BCM tərəfindən verilən həbs orderlərinə əməl etməyə borcludurlar”, - ATƏT-dən bildiriblər.

UNİAN-ın xəbər verdiyi kimi, 2023-cü ilin martında ICC Putin və Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın ukraynalı uşaqların qanunsuz deportasiyasına görə beynəlxalq həbsinə order verib.

Qeyd edək ki, 2023-cü ilin martında BCM Putin və Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın ukraynalı uşaqların qanunsuz deportasiyasına görə həbsinə beynəlxalq order verib.

İyunun 25-də isə BCM Ukraynanın enerji obyektlərinə 2022-ci ilin payızında başlayan hücumlarda iştirak edən Şoyqu və Gerasimovun həbsinə order verib. Q eyd olunub ki, bu zərbələr Ukraynanın mülki əhalisinə qarşı yönəldiyi üçün Şoyqu və Gerasimovun əməlindı müharibə cinayəti və insanlığa qarşı cinayət əlamətləri var.

Putin bu yaxınlarda Roma Əsasnaməsini ratifikasiya edən Monqolustana səfər edib, lakin onu həbs etməyiblər.

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
bakupost.az

1Mənbələr