AZ

Moskva İslam İnstitutunda “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq

Bakı. Trend:

Moskva Cümə məscidində “Qalimcan Barudi adına mütaliələr” XVIIBeynəlxalq teoloji elmi-maarifləndirici konfrans keçirilib.

Trend xəbərverir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm MərkəzininMətbuat xidməti məlumat verib.

Bildirilib ki, konfrans çərçivəsində Bakı BeynəlxalqMultikulturalizm Mərkəzi ilə Moskva İslam İnstitutu arasındaəməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçıdirektoru Rəvan Həsənov və Rusiya Federasiyası Müsəlmanları Ruhaniİdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoruDamir Muxetdinov imzalayıblar.

Memoranduma əsasən, Moskva İslam İnstitutunda “Azərbaycanmultikulturalizmi” fənni tədris olunacaq. Həmçinin, tərəflərarasında multikulturalizm və dini tolerantlıq mövzularında birgəlayihələr həyata keçiriləcək. Birgə təşkil olunan seminarlar,konfranslar və müzakirələr “Azərbaycan multikulturalizmi” kursunukeçənlərə müasir dini və sosial məsələlərə dair bilikləriniartırmağa kömək edəcək. Qarşılıqlı təcrübə mübadiləsi, hər ikiqurum üçün faydalı olacaq.

Kursun iştirakçıları arasından seçilən tələbələr üçün təlimlərtəşkil olunacaq. Eyni zamanda, həmin tələbələrin Azərbaycandakımultikultural mühitlə yaxından tanış olmaları üçün MərkəzinBeynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsiçərşivəsində ölkəmizə səfəri təşkil ediləcək.

Qeyd edək ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov sentyabrayının 20-22-də Moskva şəhərində keçirilən XX Beynəlxalq MüsəlmanForumunda iştirak edir. Rusiya Federasiyası Müsəlmanları Ruhaniİdarəsinin 30, İdarənin sədri müfti şeyx Ravil Qaynutdinin xidmətdəolmasının 40 illiyinə həsr olunan Forum çərçivəsində işgüzargörüşlərin keçirilməsi nəzərdə tutulub.

Moskva
Moskva
Moskva
Moskva
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
7
az.trend.az

10Mənbələr