AZ

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz vəziyyətdə avtomobil idarə etməsi ciddi narahatlıq doğurur. 

 

Sfera.az bildirir ki, bu cür hal növbəti dəfə insan həyatına son qoyub. Belə ki, bu gün saat 01 radələrində Bakı-Qazax avtomobil yolunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində Mingəçevir şəhər sakini Rəsul Novruzovun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi yol kənarında dayanan yük avtomobili ilə toqquşub.

 

Bu barədə DİN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ilkin ehtimalla sükan arxasında yuxulayan 22 yaşlı R.Novruzov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edib: “Yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, uzaq məsafə qət edərkən 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra dayanaraq qısa müddətə istirahət etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırırıq”.

 

Günay 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
27
sfera.az

10Mənbələr