Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Mübariz İlyas oğlu Məmmədov paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşi Dövlət Himinin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.
***
Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşi Dövlət Himinin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.
***
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səfərov Səfərali Alverdi oğlunun nəşinin qalıqları Sumqayıtda Şəhidləri xiyabanında dəfn olunub.
Bakıda şəhidin ailə üzvlərinin evində keçirilən vida mərasimindən sonra onun nəşi Sumqayıta gətirilib. Dəfn mərasimində şəhidin doğmaları, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yaylım atəşi altında şəhidin nəşinin qalıqları torpağa tapşırılıb. Azərbaycanın Dövlət Himni səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı yaxınlarına təqdim edilib.
Qeyd edək ki, Səfəralı Səfərov 1973-cü ilin dekabr ayının 27-də Ermənistanın Qafan rayonunun Davruz kəndində dünyaya göz açıb. O, 1992-ci il sentyabr ayının 29-da hərbçi kimi Ağdam rayonunun Şirxavənd kəndi ərazisində gedən döyüşlərdə həlak olub. Elə o kəndin qəbiristanlığında da naməlum əsgər kimi dəfn olunmuşdu.
***
APA-nın məlumatına görə, I Qarabağ müharibəsində şəhid olan, 32 il sonra dəfn yeri və kimliyi müəyyən edilən Bilal Qəhrəman oğlu Qəhrəmanovun qalıqları Gədəbəy Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Qeyd edək ki, Bilal Qəhrəman oğlu Qəhrəmanov 1969-cu ildə Gədəbəy rayonunun Yenikənd, indiki Qızılqaya kəndində anadan olub. Orta məktəbi başa vurduqdan sonra sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1991-ci ildə könüllü olaraq Azərbaycan torpaqlarının müdafiəsinə qoşulub. 1994-cü ildə Ağdam rayonunun Qarakənd kəndi istiqamətində itkin düşüb.
Onun qalıqları Şuşanın Dəhraz kənində aşkarlanıb və kimliyi müəyyən olunub.