Azərbaycanı Rusiyanın Tümen şəhərində keçiriləcək yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə təmsil edəcək idmançılar müəyyənləşib.Komanda.az xəbər verir ki, ənənəvi turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli, Fərid Baxışlı (hər ikisi 63 kq), Ülvü Qənizadə, Faiq Səfərli (hər ikisi 72 kq) və Qurban Qurbanov (82 kq) təmsil edəcək.Komanda sabah Rusiyaya yollanacaq.Dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil olunacaq yarışda Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları iştirak edəcək. Turnir sentyabrın 24-25-də keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta