Çinin Sian şəhərində "Aktau limanında konteyner qovşağının tikintisi" layihəsinin həyata keçirilməsi üçün birgə müəssisənin təsis sənədləri imzalanıb. SİA xəbər verir ki, saziş "KTZ Express" ASC (KTJ-nin törəmə müəssisəsi), "Lyanyungan Liman DK" MMC və "Aktau dəniz ticarət limanı "MŞ" SC arasında bağlanıb.
Konteyner mərkəzinin yaradılması layihəsi hər iki ölkənin hökumətləri tərəfindən dəstəklənib və qlobal "Bir kəmər, bir yol" təşəbbüsünün çərçivəsində həyata keçirilir.
Avrasiya nəqliyyat sisteminin ən mühüm həlqələrindən birinə çevrilən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) boyunca konteyner qovşağının yerləşməsi marşrutun cəlbediciliyini və tranzit daşımaların həcmini daha da artırmağa imkan verəcək.
Həmçinin Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.