AZ

SOCAR MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb - FOTO

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “MOL Hungarian Oil and Gas” şirkəti arasında “Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında” Anlaşma Memorandumu imzalanıb.

Bu barədə İqtisadiyyat.az SOCAR-a istinadən xəbər verir.

Anlaşma Memorandumuna əsasən, tərəflər Azərbaycanın karbohidrogen hasilatının daha da artırılması istiqamətində əməkdaşlıq edəcəklər.

Sənədin imzalanması SOCAR-ın prezidenti Rövşən Nəcəfin “MOL Hungarian Oil and Gas” şirkətinin sədri və baş icraçı direktoru Zsolt Hernadi ilə keçirdiyi görüşdə baş tutub.

Seçilən
80
19
iqtisadiyyat.az

10Mənbələr