Bərdədə arı sancması ölümə səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bərdə rayonunun Nazırlı kəndində qeydə alınıb. Kənd sakini 1976-cı il təvəllüdlü Tağıyev Rüfət Çıraq oğlunu arı sancdıqdan sonra vəziyyəti pisləşib. Onu xəstəxanaya çatdırmaq mümkün olmayıb.