AZ

Ağdamdakı zavod ildə 510 min cüt ayaqqabı istehsal edəcək - FOTOlar

"BAFCO İnvest" MMC 2023-cü ilin mart ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Sənaye parkının 2,5 hektar ərazisində Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikintidə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı həyata keçirilir.

Bu barədə Trend-in suallarını cavablandırarkən "BAFCO İnvest" MMC istehsalat müdiri Osman Yaylalı deyib.

O qeyd edib ki, istehsal edilən ayaqqabılar payız-qış, yay-yaz fəsillərinə və təhlükəsizlik xüsusiyyətlərinə görə müxtəlif modellərə bölünür:

"Ayaqqabıların yuxarı hissəsi təbii dəridən, altlığı isə çox əyilmə, sürtünmə və aşınmaya davamlı poliuretan materialdan hazırlanıb. Zavod ildə 510 min cüt ayaqqabı istehsalı gücünə malikdir ki, bunun da 350 min cütü təhlükəsizlik ayaqqabıları, 160 min cütünü isə poliuretan çəkmələr təşkil edəcək.

İstehsal olunan məhsulların 65 faizinin yerli, 35 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır. Məhsullar müxtəlif sektorlardakı işçilər üçün maksimum təhlükəsizlik və rahatlığı təmin etmək üçün ideal seçimdir. "Made in Azerbaijan" adı ilə istehsal olunan ayaqqabıların daxili bazarda satışı ilə yanaşı, xaricə də ixracı nəzərdə tutulur".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
71
2
milli.az

10Mənbələr