Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.
Ölkə.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, eyni iş üzrə mühakimə olunan 6 şübhəlinin hamısı sərbəst buraxılıb.
Xatırladaq ki, Bahar Candan 2023-cü ilin noyabrın 14-ü saxlanılıb, noyabrın 16-sı isə həbs edilmişdi.
Qeyd edək ki, Baharla birlikdə bacısı Nihal Candan da həbs olunmuşdu. Lakin o, bu ilin aprel ayında səhhətində yaranan problemlərə görə azadlığa buraxılmışdı.