AZ

Qara "Qarabağ"a qayıdacaqmı? - Qurbanov açıqladı

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabiq futbolçuları, iki gün əvvəl “Neftçi”dən rəsmən ayrılan Qara Qarayev barədə danışıb.


News365.az xəbər verir ki, bu gün Misli Premyer Liqasının 7-ci turunun “Neftçi”yə qarşı oyunundan (4:0) sonra təşkil edilən mətbuat konfransında Q.Qurbanova Q.Qarayevin “Qarabağ”a qayıdışının mümkünlüyü barədə barədə sual ünvanlanıb.


“Bu gün komandada belə fikir (Qaranın qayıtması - red.) yoxdur. Amma Qaranın indi çempionatda iştirak etməməsi məni təəssüfləndirir. Təcrübəli futbolçudur, ağıllı insandır. Ən doğrusunu düşünəcək. Bizim komanda olaraq, planımızda belə şey yoxdur”, - Q.Qurbanov söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
7
news365.az

8Mənbələr