AZ

BMT-nin Ali Komissarı Livandakı partlayışları müharibə cinayəti adlandırıb

Mülki əhali arasında terrorun yayılmasına yönəlmiş zorakılığın törədilməsi müharibə cinayəti kimi təsnif edilir.

E-huquq.az-ın məlumatına görə, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folker Türk BMT Təhlükəsizlik Şurasının iclasında Livanda baş verən partlayışlarla bağlı danışarkən deyib.

"Mən bu partlayışların halları ilə bağlı müstəqil, hərtərəfli və şəffaf araşdırmaya çağırışımı təkrar edirəm. Bu hücumları sifariş edən və həyata keçirənlər məsuliyyətə cəlb edilməlidir. Mülki əhali arasında terrorun yayılmasına yönəlmiş zorakılığın törədilməsi müharibə cinayətidir", - deyə o vurğulayıb.

Seçilən
14
1
e-huquq.az

2Mənbələr