Potensial təhlükəli Apofis asteroidi ilə bağlı yeni detallar açıqlanıb.
Publika.az xəbər verir ki, "Apofis"in diametri 350 metrdən çox, çəkisi 27 milyon tondur.
O, Yerə doğru demək olar ki, 40 km/san sürətlə uçur.
99942 nömrəli asteroid Arizonadakı Kitt Pik Rəsədxanası tərəfindən aşkar edilib. O, qədim Misir tanrısı, Günəşi udmağa çalışan Apofisin - tanrı "Ra"nın şərəfinə adlandırılıb.
NASA hesab edir ki, Apofis Yerə düşərsə, zərbə qüvvəsi 506 meqaton olacaq - bu, Xirosimaya atılmış 40 atom bombasına bərabərdir.
Bundan əvvəl, sentyabrın 18-də Rusiya Kosmonavtika Akademiyasının fəxri üzvü Anatoli Zaitsev “İzvestiya”ya deyib ki, Apofis asteroidinin Yerlə toqquşması yüz illər ərzində mümkün deyil.
"O, kosmik obyektlə qarşılaşa, trayektoriyası dəyişə və planetə doğru istiqamət ala bilər. Lakin bu, “fantaziya” olaraq qalır və bunun baş vermə ehtimalı çox azdır", deyə Zaitsev qeyd edib.