AZ

Uşağın başına bit düşüb? – Təbii yolla xilas üsulu açıqlandı

Saç biti problemi əksər hallarda məktəb yaşlı uşaqlar arasında yayılsa da, hər kəsin üzləşə biləcəyi bir məsələdir. Başa bit düşdükdə sürətlə artmağa başlayır, qısa müddətdə saç dərisinə və tellərinə zərər vurur.

Bu səbəbdən problem tez həll olunmalıdır. Əlbəttə, problemin kimyəvi dərmanlarla həlli var, ancaq təbii vasitəyə üstünlük verilsə, daha yaxşı olar.

Oxu.Az xəbər verir ki, türkiyəli mütəxəssislər bununla bağlı öz tövsiyələrini veriblər.

Onlar bildiriblər ki, aparılan araşdırmalar bitə qarşı ən faydalı təbii üsullardan birinin çay ağacı yağı olduğunu göstərir.

“Tərkibindəki antibakterial xüsusiyyətlər və güclü yağ turşuları sayəsində çay ağacı yağı saç bitlərindən tamamilə xilas olmağa kömək edir” , – deyə mütəxəssislər qeyd ediblər.

Bununla belə, mütəxəssislər yağdan istifadə etməzdən əvvəl kiçik bir dəri hissəsində sınamağı məsləhət görürlər. Onların sözlərinə görə, bu, mümkün allergik reaksiyaların qarşısını almaq üçün vacibdir. Əgər heç bir yanma və ya qıcıqlanma hiss edilmirsə, çay ağacı yağını rahatlıqla istifadə etmək olar.

“Çay ağacı yağını saç diblərindən uclarına qədər tətbiq edin və saçınızda 15-20 dəqiqə saxlayın. Sonra saçınızı sirkə ilə yuyaraq durulaya bilərsiniz. Effektiv nəticə əldə etdiyinizi görə bilərsiniz” , – deyə ekspertlər sözlərini yekunlaşdırıblar.

Seçilən
31
8
medianews.az

8Mənbələr