UFC çempionu Bilal Məhəmməd Həbib Nurməhəmmədovla məşq təəssüratlarını bölüşüb.
Publika.az xəbər verir ki, o, bu barədə Demetrius Consonla müsahibəsində danışıb.
“Həbib və komandası ABŞ-a gələndə bu, mənim üçün əvəzolunmaz fürsətdir. Şon Bredi ilə döyüşdən əvvəl bütün məşq vaxtını onlarla keçirdim.
Həbibin komandasının oğlanlarını fərqləndirən cəhət potensiallarını 100% vermələridir. Turlar zamanı fasilə yoxdur. Digər komandalarda belə olur ki, siz dost və ya tanışsınız, ona görə də təslim ola və ya sərt olmaya bilərsiniz. Həbiblə belə işləməyəcək, onun adamları hər raundda qalib gəlmək istəyirlər. Hər saniyə döyüşürlər!