AZ

Rumıniya SOCAR ilə əməkdaşlığı genişləndirməyinə ümid edir - Nazir (ÖZƏL)

Bakı. Trend:

Rumıniya Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilədaha çox layihələr üzrə əməkdaşlığı genişləndirməyinə ümidedir.

Bunu Trend-ə özəl müsahibəsində Rumıniyanın energetika naziriSebastyan-İoan Burduja deyib.

"Sofiyada imzalanmış Anlaşma Memorandumu Azərbaycandan Avropayaəlavə qazın tədarükü üçün SOCAR ilə dörd paylayıcı sistem operatoruarasında əməkdaşlıq sahələrini müəyyən edir. Biz daha çoxlayihələrdə SOCAR ilə əməkdaşlığı genişləndirməyimizə ümid edirik.Şirkət Rumıniyanın enerji bazarında müxtəlif sektorlardafəaliyyətini genişləndirdiyi üçün Rumıniyada etibarlı tərəfdaş vəinvestor kimi özünü təsdiq edib", - deyə o bildirib.

Burduja əlavə edib ki, bu layihələrdən biri - Qara dənizdəkimayeləşdirilmiş təbii qaz (LNG) terminalı Xəzər regionundan,xüsusən də Azərbaycandan yeni qaz nəqli dəhlizi açacaq və bu, idxalolunan qaz həcmləri üçün Aİ bazarına yeni giriş nöqtəsinəçevriləcək:

"Bu dəhliz Xəzərin qaz mənbələrini Aİ ölkələri ilə birləşdirənən qısa, ən birbaşa və müstəqil qaz nəqli marşrutu hesab ediləbilər. Texniki-iqtisadi əsaslandırma hazırlanıb və həyatakeçirilməsi üçün əlverişli nəticələr əldə edilib. Rumıniya üçünlayihə qaz idxalına giriş nöqtələrinin şaxələndirilməsini təminedəcək, həmçinin mənbələri və tədarük marşrutlarını şaxələndirməkləAİ-yə fayda verəcək. Mayeləşdirilmiş təbii qaz təhlükəsiz, etibarlıvə sərfəli enerji təchizatını təmin edəcək və mən əminəm ki, bulayihə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin enerjitəhlükəsizliyinə mühüm müsbət təsir göstərə bilər. Ona görə də bjzümid edirik ki, o, tezliklə həyata keçirilməsi üçün AvropaKomissiyasının dəstəyini də alacaq".

O qeyd edib ki, Rumıniya hökuməti biznes yönümlüdür:

"Bütün ciddi investorlar cəlb oluna bilərlər. Rumıniya son ikionillikdə Aİ-də ən sürətlə inkişaf edən iqtisadiyyatdır və hazırdaMərkəzi və Cənub-Şərqi Avropa regionunda Polşadan sonra ikinci ənböyük birbaşa xarici investisiya alıcısıdır. Biz biznes üçün ənəlverişli tənzimləmə və vergi sistemlərindən birinə sahibik vəenerji xüsusilə cəlbedici sahədir".

X: @Lyaman_Zeyn

Seçilən
28
3
az.trend.az

4Mənbələr