AZ

Ağdamın Kəngərli kəndində evlər bu cür olacaq – FOTO

İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Quruculuq işlərinin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir.

Bizim.Media xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi “Azərtac”a açıqlamasında kənddəki tikinti işlərinin son durumundan söz açıb. 

Təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulan Kəngərli kəndi Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşir. Kənddə 2544 nəfərin (632 ailə) məskunlaşdırılması planlaşdırılıb.

Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Tikintinin birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 2,3,4 və 5 otaqdan ibarət 292 fərdi ev inşa edilir. Evlərin 292 evin hər birində torpaq, bünövrə, hörgü işləri tamamlanıb, 278 fərdi evin isə xarici tamamlama işləri başa çatdırılıb. Hazırda 94 fərdi ev üzrə daxili bəzək işləri görülür və mebel avadanlığı quraşdırılır.

Kənddə həmçinin çoxfunksiyalı bina, tibb məntəqəsi, bayraq meydanı, klub-icma mərkəzi, məktəb, uşaq bağçası, xalq sənətkarlıq emalatxanaları və satış köşkləri, bazar kompleksi tikintisi həyata keçirilir.


Bizim.Media

Seçilən
11
4
bizim.media

5Mənbələr