Çində yerli fermer xüsusi icazə olmadan təcrid olunmuş kənd üçün körpü tikdiyinə görə həbs cəzasına məhkum edilib.
Qaynarinfo bu barədə "Oddity Central"a istinadən xəbər verir.
Çinli fermer Huanq Deyi kənd camaatının həyatını asanlaşdırmaq üçün Taoer çayı üzərində ponton körpü tikib. O, öz şəxsi vəsaiti ilə hələ 2005-ci ildə tikinti işlərinə başlayıb. 9 il sonra körpünü təkmilləşdirərək, daha müasir edib.
Körpü yerli sakinlər üçün çox faydalı olub, çünki onlar bundan əbbək əvvəl çayın ən yaxın rəsmi keçidinə çatmaq üçün 70 kilometr yol qət etməli olublar.
Lakin 2018-ci ildə məmurlar körpünü sökmək niyyətində olduqlarını açıqlayıb və bundan sonra istifadəsini qadağan ediblər. Səlahiyyətlilər həmçinin Huanqı körpüdən keçmək üçün qeyri-qanuni pul toplamaqda ittiham ediblər. Həmin şəxs strukturun icazəsiz tikildiyini etiraf etsə də, çinlilər bunu yalnız xalqın xeyrinə etdiyinə israr ediblər.
O, həmçinin qeyri-qanuni qazanc iddialarını mübahisələndirərək, körpünün tikintisinə 18 min dollar xərclədiyini, buna görə də yığılan pulun xərcləri ödəmək üçün lazım olduğunu bildirib.
Uzun sürən məhkəmə araşdırmalarından sonra Huanq qeyri-qanuni qazanc əldə etmək və tikinti qaydalarını pozmaq ittihamı ilə iki il həbs cəzasına məhkum edilib. O, apellyasiya şikayəti verib, lakin təmin edilməyib. İkinci apellyasiya şikayətindən sonra iş baxılması üçün göndərilib.
Aydın