AZ

"Turan Tovuz" "Araz-Naxçıvan"ı qonaq edir

Premyer Liqanın VII turunun ikinci oyun günündə bir qarşılaşma baş tutacaq. Sport24.az xəbər verir ki, günün yeganə matçı Tovuzda keçiriləcək.
 
Lider "Turan Tovuz" "doğma divarlar" arasında "Araz-Naxçıvan"ı qonaq edəcək. Cari mövsümdə məğlubiyyət acısı dadmayan meydan sahibləri kimi, qonaqların da hədəfi meydandan qələbə ilə ayrılmaqdı.
 
Qeyd edək ki, dünən baş tutan oyunlarda "Qarabağ" "Neftçi"ni 4:0 məğlub edib. "Şamaxı" isə səfərdə "Kəpəz"dən üstün olub - 2:0.
 
Misli Premyer Liqası
I dövrə, VII tur
18:00. "Turan Tovuz" - "Araz-Naxçıvan"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural QurbanovVAR: Rauf AllahverdiyevAVAR: Rəhman İmamiHakim-inspektor: Babək QuliyevAFFA nümayəndəsi: Elçin MehtiyevTovuz. Şəhər stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
sport24.az

1Mənbələr