Tanınmış türkiyəli müğənni Metin Arolat səhnədə infarkt keçirib.
Publika.az xəbər verir ki, 52 yaşlı ifaçının səhnədə mahnı oxuyarkən qəfil halı pisləşib.
Ürəyi dayanan sənətçiyə ürək masajı edilib. Daha sonra o, təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Müğənninin xəstəxanada dünyasını dəyişdiyi açıqlanıb.